دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

نفسین حسابی * Nəfsin hesabı

نفسین حسابی * Nəfsin hesabı

image روایتلرده تأکید اولونموش و اخلاق عالیملری‌نین بؤیوک دیقت آییردیغی بیر مسئله‌دیر. روایتلرده ده تأکید اولونور کی، هر کس اؤز عمل‌لرینی قیمتلندیرمه‌لی، ان آزی گونده بیر دفعه عمل‌لری‌نین حسابینی آپارما‌لیدیر. بو ایش اوچون ان موناسیب واخت گئجه‌دیر. یاتمازدان قاباق گون عرضینده گؤرولن ایشلرین دوزگون اولوب-اولماماسی باره‌ده دوشونمک ضروریدیر. بوراخیلمیش سهو‌لری اعتراف ائدیب، اونلارین نتیجه‌سینی آرا‌دان قالدیرماق باره‌ده تدبیر گؤرولمه‌لیدیر. ایمام صادق (ع) عبدالله ابن جُندبه بویورور: “ائی جُندب اوغلو عبدالله، بیزی تانییانلارا واجیبدیر کی، هر گوندوز و گئجه‌ده عمل‌لرینه نظر سالیب اؤزلری ایله حساب چکسینلر. گؤردوکلری یاخشی ایشلری آرتیریب، چیرکین ایشلره گؤره باغیشلانما طلب ائتسینلر کی، قیامتده روسوای اولماسینلار.”

اینسانی حسابا وادار ائدن عامیل

اهل بیتی (ع) تانییان هر بیر موسلمان اؤز حیات پروقرامینی اونلارین گؤستریشلرینه اویغونلاشدیرما‌لی و عمل‌لرینه نظر سالما‌لیدیر. اینسانین اؤز عمل‌لرینه نظر سالماسی آللاهین اونون روحونا عطا ائتدیگی بیر خصوصیتدیر. بو، دونیا فیلوسوفلارینی حئیرته گتیرمیش بیر خصوصیتدیر. عادتاً، باشقا‌لارینی قیمتلندیرمک ایمکانینا مالیک اولان اینسان اوچون اؤز داخیلینه‌ده نظر سالماق سجیّوی‌دیر. اؤزونو تانیما مؤضوعسوندا موتعا‌لیه‌سی اولان اینسانلار یاخشی بیلیرلر کی، اینساندا اؤزونو هوس‌لندیرمک، تنبئه ائتمک، دانلاماق کیمی خصوصیتلر واردیر. بوتون بونلار آللاهین اینسانا بؤیوک مرحمتیدیر. ائله بو سببلردن‌ده اینساندان هر گون هئچ اولمازسا، بیر دفعه عمل‌لرینی آراشدیرماق طلب اولونور.

اؤزو ایله حساب چکن اینسان یاخشی بیر عمل‌له راستلاشدیقدا، بونو آللاهین لوطفو بیلمه‌لی و یاخشی عمل‌لری آرتیرماق اوچون اوندان یاردیم ایستمه‌لیدیر. باشقا بیر روایته اساساً، اینسان اؤز یاخشی عملینه گؤره آللاها شوکر ائتمه‌لی و گله‌جکده داها چوخ یاخشی ایش گؤرمک اوچون اوندان یاردیم دیلمه‌لی، پیس ایشلرینه گؤره توبه ائتمه‌لیدیر. آما توبه‌نین شرطلری واردیر. مثلاً، قیلینمامیش نامازین قضاسینی قیلماق، وورولموش ضرری اؤده‌مک و س. بئله بیر حرکت نؤوبتی دفعه گوناهین روحا سیرایت ائتمه‌سی‌نین قارشی‌سینی آلیر. آیدیندیر کی، قیامت گونو اؤتن نوقصانلارین نتیجه‌لرینی آرا‌دان قالدیرماق غئیری-مومکوندور. ایمام (ع) قیامت گونونون روسوایچی‌لیغینی خاطیرلادا‌راق هله ایمکان وارکن نوقصانلاری آرا‌دان قالدیرماغا چاغیریر.

اینسان بیر ایشین فایدا‌لی و یا دَیَرلی اولدوغونو درک ائتمه‌سه، اونا قطعی موناسیبت گؤسترمیر. اونا گؤره ده هر هانسی بیر خبردارلیق اولدوقجا فایدا‌لیدیر. اینسانین بیر ایشی گؤرمه‌سی اوچون مصلحت اولدوقجا فایدا‌لیدیر. هر هانسی بیر ایشین پیس نتیجه‌سیندن قورخو همین ایشه باشلاماغین قارشی‌سینی آلیر. موعیّن بیر پروقراما عمل ائتمک اوچون‌ده اونون فایدا‌لاری نظره آلینما‌لیدیر. بو فایدا‌لار اینسانی هوس‌لندیریر. بو مسئله‌یه دیقّت‌سیزلیک نتیجه‌سینده اینسان تنبل‌لشیر.

اینسان اوچون اولدوقجا آغریلی اولان پئشمان‌چیلیغین قارشی‌سینی آلماق مقصدی ایله یوبانما‌دان اؤزوموزله حساب چکمه‌لی‌ییک. قیامت گونونون آدلاریندان بیری “یوم الحسرت”، یعنی “حسرت گونو”دور. بو آد پئشمانچیلیغین روحاً آغریلی اولماسینا بیر ایشاره‌دیر. قیامت گونونون باشقا بیر آدی ایسه “یوم الحساب”، یعنی “حساب گونو”دور. اینسان نه زامانسا بوتون خئییر و شر عمل‌لری‌نین حسابا چکیلجگینه امین و دیقتلی اولماسا چیرکین ایشلردن اوزاقلاشماغا چالیشماز. آما قارشیلاشاجاغی سورغونون جیدی‌لیگینه اینانسا خیردا نوقصانلارا بئله یول وئرمز. قورآن کریمده‌ده تصدیق اولونور کی، قیامت عذابی‌نین سببی اینسانلارین همین گونو اونوتماسیدیر. محض بو اونوتقانلیق سببیندن اینسان ‌ابدی عذابا دوچار اولور. قورآن کریمین “صاد” سوره‌سی‌نین 26-جی آیه‌سینده اوخویوروق: “شوبهه‌سیز کی، الله یولوندان آزانلاری حساب گونونو اونوتدوقلاری اوچون شیدتلی بیر عذاب گؤزله‌ییر.”

قورآن کریمده بیری حدی آشمیش، دیگری ایسه اؤز عمل‌لرینه دیقتلی اولان ایکی قارداش حاقّیندا دانیشیلیر. مؤمین قارداشی‌نین نصیحتلرینی قولاق آردینا ووران تکبّورلو قارداش دئییر: “قیامتین قوپاجاغینی تصوّور ائتمیرم. حتی ربّیمین حضورونا قایتاریلسام اؤزومه بوندان‌دا یاخشی مسکن تاپارام” (“کهف” سوره‌سی، آیه: 36.) قورآن بو حکایه‌نی نقل ائتمکله حساب-کیتابسیز اعتیقادین هئچ بیر فایدا وئرمیجگینی آنلا‌دیر. قیامت حسابینا اینام آخیرت اینامی‌نین اساسیدیر. قیامت گونونون حیکمتی اینسانلارین اؤز یاخشی و پیس عمل‌لری‌نین موکافات و جزاسینا چاتماسیدیر. حساب اولماسایدی، قیامت نییه لازیم ایدی؟! حضرت پیغمبر (ص) بویورور: “نه قدر کی، حسابا چکیلمه‌میسیز اؤزووز اؤزووزو حسابا چکین” (“بحار الانوار”، ج.70.) بئله بیر ایناما مالیک اولان اینسان حؤکماً اؤز عمل‌لرینی نظردن کئچیریب نتیجه چیخاریر.

Nəfsin hesabı

rəvayətlərdə təkid olunmuş və əxlaq alimlərinin böyük diqqət ayırdığı bir məsələdir. Rəvayətlərdə də təkid olunur ki, hər kəs öz əməllərini qiymətləndirməli, ən azı gündə bir dəfə əməllərinin hesabını aparmalıdır. Bu iş üçün ən münasib vaxt gecədir. Yatmazdan qabaq gün ərzində görülən işlərin düzgün olub-olmaması barədə düşünmək zəruridir. Buraxılmış səhvləri etiraf edib, onların nəticəsini aradan qaldırmaq barədə tədbir görülməlidir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: “Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar.”

İnsanı hesaba vadar edən amil

Əhli-beyti (ə) tanıyan hər bir müsəlman öz həyat proqramını onların göstərişlərinə uyğunlaşdırmalı və əməllərinə nəzər salmalıdır. İnsanın öz əməllərinə nəzər salması Allahın onun ruhuna əta etdiyi bir xüsusiyyətdir. Bu, dünya filosoflarını heyrətə gətirmiş bir xüsusiyyətdir. Adətən, başqalarını qiymətləndirmək imkanına malik olan insan üçün öz daxilinə də nəzər salmaq səciyyəvidir. Özünü tanıma mövzusunda mütaliəsi olan insanlar yaxşı bilirlər ki, insanda özünü həvəsləndirmək, tənbeh etmək, danlamaq kimi xüsusiyyətlər vardır. Bütün bunlar Allahın insana böyük mərhəmətidir. Elə bu səbəblərdən də insandan hər gün heç olmazsa, bir dəfə əməllərini araşdırmaq tələb olunur.

Özü ilə hesab çəkən insan yaxşı bir əməllə rastlaşdıqda, bunu Allahın lütfü bilməli və yaxşı əməlləri artırmaq üçün Ondan yardım istəməlidir. Başqa bir rəvayətə əsasən, insan öz yaxşı əməlinə görə Allaha şükr etməli və gələcəkdə daha çox yaxşı iş görmək üçün Ondan yardım diləməli, pis işlərinə görə tövbə etməlidir. Amma tövbənin şərtləri vardır. Məsələn, qılınmamış namazın qəzasını qılmaq, vurulmuş zərəri ödəmək və s. Belə bir hərəkət növbəti dəfə günahın ruha sirayət etməsinin qarşısını alır. Aydındır ki, qiyamət günü ötən nöqsanların nəticələrini aradan qaldırmaq qeyri-mümkündür. İmam (ə) qiyamət gününün rüsvayçılığını xatırladaraq hələ imkan varkən nöqsanları aradan qaldırmağa çağırır.

İnsan bir işin faydalı və ya dəyərli olduğunu dərk etməsə, ona konkret münasibət göstərmir. Ona görə də hər hansı bir xəbərdarlıq olduqca faydalıdır. İnsanın bir işi görməsi üçün məsləhət olduqca faydalıdır. Hər hansı bir işin pis nəticəsindən qorxu həmin işə başlamağın qarşısını alır. Müəyyən bir proqrama əməl etmək üçün də onun faydaları nəzərə alınmalıdır. Bu faydalar insanı həvəsləndirir. Bu məsələyə diqqətsizlik nəticəsində insan tənbəlləşir.

İnsan üçün olduqca ağrılı olan peşmançılığın qarşısını almaq məqsədi ilə yubanmadan özümüzlə hesab çəkməliyik. Qiyamət gününün adlarından biri “yəvmül-həsrət”, yəni “həsrət günü”dür. Bu ad peşmançılığın ruhən ağrılı olmasına bir işarədir. Qiyamət gününün başqa bir adı isə “yəvmül-hisab”, yəni “hesab günü”dür. İnsan nə zamansa bütün xeyir və şər əməllərinin hesaba çəkiləcəyinə əmin və diqqətli olmasa çirkin işlərdən uzaqlaşmağa çalışmaz. Amma qarşılaşacağı sorğunun ciddiliyinə inansa xırda nöqsanlara belə yol verməz. Qurani-Kərimdə də təsdiq olunur ki, qiyamət əzabının səbəbi insanların həmin günü unutmasıdır. Məhz bu unutqanlıq səbəbindən insan əbədi əzaba düçar olur. Qurani-Kərimin “Sad” surəsinin 26-cı ayəsində oxuyuruq: “Şübhəsiz ki, Allah yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.”

Qurani-Kərimdə biri həddi aşmış, digəri isə öz əməllərinə diqqətli olan iki qardaş haqqında danışılır. Mömin qardaşının nəsihətlərini qulaqardına vuran təkəbbürlü qardaş deyir: “Qiyamətin qopacağını təsəvvür etmirəm. Hətta Rəbbimin hüzuruna qaytarılsam özümə bundan da yaxşı məskən taparam” (“Kəhf” surəsi, ayə: 36.) Quran bu hekayəni nəql etməklə hesab-kitabsız etiqadın heç bir fayda verməyəcəyini anladır. Qiyamət hesabına inam axirət inamının əsasıdır. Qiyamət gününün hikməti insanların öz yaxşı və pis əməllərinin mükafat və cəzasına çatmasıdır. Hesab olmasaydı, qiyamət nəyə lazım idi?! Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər ki, hesaba çəkilməmisiniz özünüz özünüzü hesaba çəkin” (“Biharül-ənvar”, c.70.) Belə bir inama malik olan insan hökmən öz əməllərini nəzərdən keçirib nəticə çıxarır
نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد