دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

هانسی نامازا تؤوبه دوشور؟

هانسی نامازا تؤوبه دوشور؟

صؤحبتیمیزین بو حیصه‌سینه قدر قئید ائتدیگیمیز صیفت‌لردن اوستون‌لری‌ده واردیر. بیزیم عبادت بیلیب کؤنول وئردیگیمیز ایشلری اؤزو اوچون گوناه حساب ائدنلر ده وار. یاخشی عمل‌لر سیراسیندا بیرینجی یئرده دوران ناماز حاقیندا بویورولور: “ناماز دینین سوتونودور” (“بحارالاانوار”، ج.82.) گؤره‌سن، بو صیفت بوتون نامازلارامی شامیلدیر؟ اؤولیا‌لار دیقت و صمیمیتله قیلینمامیش نامازی اؤزلری اوچون گوناه بیلیب بئله نامازا تؤوبه ائتمیش‌لر. گونوموز 24 ساعتدن عبارت اولسا دا، عادتاً، قیلدیغیمیز نامازلار اوست-اوسته هئچ بیر ساعت ده داوام ائتمیر. ان اساسی ایسه اکثر اینسانلار ناماز حالیندا دیقّت و صمیمیّتدن فایدا‌لانا بیلمیرلر.

اگر ناماز آللاهلا صؤحبتدیرسه، بو صؤحبت زامانی هانسی اساسلا باشقا ایشلر باره‌سینده دوشونمک اولار؟! آللاهلا دانیشارکن دیقّتین یایینماسی ادبسیزلیک‌دیر. اگر سیزینله صؤحبت ائدن بیر شخص اوزونو باشقا طرفه توتارسا، بونو نئجه قیمتدندیررسینیز؟ ناماز زامانی دیقّتین آللاهدان غئیری بیر ایستیقامته یؤنلدیلمه‌سی اونا آرخا چئویرمگه برابردیر. آللاه جیسم اولمادیغیندان اونا جیسماً یوخ، روحاً اوز توتماق ضروریدیر. بئله نامازی دینین سوتونو حساب ائتمک اولارمی؟

اینسانی دیگر جانلی‌لاردان فرقلندیرن اونون دیقتلی اولماسیدیر. دانیشانا دیقت گؤسترمه‌ییب آرخا چئویرمک حیوانلارا مخصوص خصوصیتدیر. حضرت پیغمبر (ص) بویورور: “ناماز زامانی آللاهدان غئیری‌سینی دوشونن کس حیوانا چئوریلمکدن قورخمورمو؟” (“بحارالانوار”، ج.84.) اوجا مقام صاحیبلری اولانلار عیبادت زامانی دیقتلی اولار، فیکیرلرینی آللاها یؤنلدرلر. “ناماز، دوعا، قورآنا مشغول اولارکن فیکریم هارادایدی” دئیه دوشونر، هر زامان نوقصانا یول وئردیکلری اوچون تؤوبه ائدرلر.

البته کی، چوخلاری‌نین سویّه‌سی دئییلندن آشاغیدیر. اینسانین اؤولیا‌لار حاقیندا دوشونمه‌سی اونو اؤز نوقصانلی عیبادتینه گؤره خجالت چکمگه وادار ائدیر. بیر دفعه ایکی رکعت گئجه نامازی قیلماقلا اینسان نئجه قودرت‌لنه بیلر؟! اؤولیا‌لار گوناها یوخ، ناقص عیبادته خاطیر تؤوبه ائدیرلرسه، گوناهکارلار نه اوچون تؤوبه ائتمه‌مه‌لی‌دیرلر؟! اؤولیا‌لارا بنزه‌مک اوچون آللاهدان یاردیم ایسته‌یَک. اهل بیت (ع) یولونو گئتمک اونلارا اوخشاماق اوچون چالیشماق دئمکدیر. حضرت علی (ع) بویورور: “عالی مقاما قودرتینیز اولماسا دا، حرامدان چکینمگینیزله، اؤزونوزه نظارتله بیزه یاخینلاشین” (“نهج‌البلاغه”، 45-جی مکتوب.)

اونلارا اوخشاماغا چالیشاق! اهل بیتین (ع) وارلیغیندان خبردار اولان اینسان اهل بیت (ع) روحیه‌سینی دادماق اوچون آللاهدان یاردیم ایستمه‌لیدیر. نفسین حساب مرتبه‌لریندن بیری آللاهدان غئیری‌سینی دوشونمگین گوناه حساب اولونماسیدیر. هر حالدا، اؤولیا‌لار بئله‌دیر. گوناهکارلار اوچونسه نامازدا آللاهدان غئیری‌سینی دوشونمک ده بیر گوناهدیر.

البته کی، اؤولیا‌لار اوچون‌ده درجه‌لر واردیر. حتّا پیغمبرلر ده عئینی بیر درجه‌ده دئییل‌دیر. “بقره” سوره‌سی‌نین 253-جو آیه‌سینده بویورولور: “بعضی پیغمبرلری او بیری‌لریندن اوستون ائتدیک.” همیشه اؤزونو آللاه حضوروندا حیس ائدن اؤولیا‌لار اونا دیقت‌سیزلیگی گوناه حساب ائدیرلر. بیز ایسه ائله گومان ائدیریک کی، یالنیز ناماز واختی آللاهین حضوروندا اولوروق. باشقا واختلاردا ایسه ائو، ایش، درس، اؤولاد حاقیندا دوشونوروک. نامازدان باشقا واختلاردا دوشونمک فیکریمیز ده اولمور. ایمام خمینی (ره) ایسه “عالم آللاهین حضورودور” بویوراردی. قورآن کریمده بئله دوشونن اؤولیا‌لار حاقیندا بویورولور: “هئچ بیر موعامیله و تیجارت اونلاری آللاهین ذکریندن آییرماز.” بو چوخ عالی بیر مقامدیر. حتّا درس گئدیشینده آللاهین ذکریندن آیریلمایان روحانیلر واردیر.


Hansı namaza tövbə düşür?

Söhbətimizin bu hissəsinə qədər qeyd etdiyimiz sifətlərdən üstünləri də vardır. Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqqında buyurulur: “Namaz dinin sütunudur” (“Biharül-ənvar”, c.82.) Görən, bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər.

Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa, bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı?

İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?” (“Biharül-ənvar”, c.84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. “Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı” deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.

Əlbəttə ki, çoxlarının səviyyəsi deyiləndən aşağıdır. İnsanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Bir dəfə iki rükət  gecə namazı qılmaqla insan necə qüdrətlənə bilər?! Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək. Əhli-beyt (ə) yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. Həzrət Əli (ə) buyurur: “Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın” (“Nəhcül-bəlağə”, 45-ci məktub.)

Onlara oxşamağa çalışaq! Əhli-beytin (ə) varlığından xəbərdar olan insan Əhli-beyt (ə) ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir. Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Günahkarlar üçünsə namazda Allahdan qeyrisini düşünmək də bir günahdır.

Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni bir dərəcədə deyildir. “Bəqərə” surəsinin 253-cü ayəsində buyurulur: “Bəzi peyğəmbərləri o birilərindən üstün etdik.” Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər. Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Namazdan başqa vaxtlarda düşünmək fikrimiz də olmur. İmam Xomeyni (r) isə “aləm Allahın hüzurudur” buyurardı. Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: “Heç bir müamilə və ticarət onları Allahın zikrindən ayırmaz.” Bu çox ali bir məqamdır. Hətta dərs gedişində Allahın zikrindən ayrılmayan ruhanilər vardır.


نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد