دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

اؤولیا‌لارین آللاها سیخ باغلی‌لیغی

اؤولیا‌لارین آللاها سیخ باغلی‌لیغی

بئله بیر باغلی‌لیق مومکوندورمو؟ مومکوندور، بونو تصوّور ائتمک چوخ چتیندیر. اما باجارمادیغین ایشی غئیر اینسانی مومکون حساب ائتمک منطیقه سیغمیر. آللاهدان علم اؤیرنمک اوچون اونو دوشونمگی یول حساب ائدن آدام بو دوشونجه‌دن آیریلا بیلرمی؟ اؤزونو آللاه حضوروندا بیلن آدام اوندان غفلتده قالا بیلرمی؟ بئله اینسان دانیشدیغی سؤزلرده آللاهین راضی‌لیغینی گؤزله‌ییر. بلی، بئله بنده‌لر واردیر. اونلاری تانیماماغیمیز اونلارین یوخلوغونا دلالت ائتمیر. محض اونلارین وارلیغی سببیندن یئر اوزو مرحمته بورونموشدور. حیاتین داوامی اوچون حقیقی اهل بیت (ع) عاشیقلری‌نین وارلیغی موهوم شرط‌دیر.

اؤز عزیزینی الدن وئرمیش آدامین فیکری دایم اونون یانیندا‌دیر. بئله بیر ایتکی‌یه معروض قالمیش اینسان هر هانسی بیر ایشله مشغول اولسا دا عزیزی‌نین فیکریندن آیریلا بیلمیر. آللاهی تانی‌ییب، اونون جمال و جلال صیفت‌لریندن خبردار اولانلار اوچون آللاهدان عزیزی، آللاهدان یاخینی یوخدور. اگر محبّت وارسا، داییم محبوب حاقیندا دوشونمک طبیعی بیر حالدیر. “بقره” سوره‌سی‌نین 165-جی آیه‌سینده اوخویوروق: “ایمان گتیرنلرین آللاها محبّتی داها قووّتلی‌دیر.”

آللاهدان دیله‌مک، اهل بیتین (ع) گؤستریش‌لریندن ایستیفاده ائتمک و اونلارا باغلانماقلا قلبیمیزی آللاهین معریفت و محبّت نورو ایله ایشیقلاندیرا بیلریک. اگر بئله بیر سعادت نصیبیمیز اولسا و قلبیمیزده آللاها محبّت یارانسا اونو داییم خاطیرلاماق‌دا چتین اولماز.

شئیخ انصاری‌دن بیر خاطره

آللاهین حقیقتاً اونو سئون بنده‌لری واردیر. اونلار بو سئوگینی هئچ نه ایله دگیشمزلر. بئله‌لری آللاهلا اونسیّت اوچون فورصت آختاریرلار. مرحوم شئیخ انصاری حاقیندا بو مؤوضوعدا صؤحبتلر چوخدور. ایستی بیر یای گونو منزیله داخیل اولان شئیخ سو ایسته‌ییر. شئیخ اوچون زیرزمیدن سرین سو گتیرمگه گئدیرلر. شئیخ سو گلنه‌دک ایکی رکعت ناماز قیلماق قرارینا گلیر. او نامازا باشلایاندان سونرا سویو گتیریب یانینا قویورلار. نجفین 50 درجه ایستی‌سینی، شئیخین یورغونلوغونو و قارشی‌سینداکی سرین سویو تصوّور ائدین. او ایسه سویو گؤزله‌مک اوزینده نامازا باشلاییر و نامازدا قورآنین اوزون سوره‌لریندن بیرینی اوخویور. نامازی بیتیریب آرتیق ایستی‌سی دوداق یاندیران سودان بیر قورتوم ایچیب آیاغا قالخیر. بلی! شئیخ انصاری کیمیلر اؤز محبوبلاری ایله گؤروش اوچون فورصت آختاریر و نامازدان فئیض آلیرلار. سوسوزلوغو اونوتدوران بیر لذّت! بوتون بونلار حقیقتدیر؛ آللاهلا اونسیتدن فایدالانمیش بؤیوک اینسانلار حاقیندا حقیقت! اصلینده ریساله‌لری و “مکاسیب”ی ایله تانیش اولدوغوموز شئیخ انصاری‌نین معنوی عالمیندن بیر او قدر ده خبردار دئییلیک. بئله بیر معنویّاتدان پای آلماق اوچون آللاها دوعا ائدک. بئله اولسا عؤمروموزون قدرینی بیلر، اهل بیت (ع) یولو ایله آللاها یاخینلاشار و اونلارین شفاعتینه ناییل اولاریق.


Övliyaların Allaha sıx bağlılığı

Belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-insani mümkün hesab etmək məntiqə sığmır. Allahdan elm öyrənmək üçün Onu düşünməyi yol hesab edən adam bu düşüncədən ayrıla bilərmi? Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır. Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt (ə) aşiqlərinin varlığı mühüm şərtdir.

Öz əzizini əldən vermiş adamın fikri daim onun yanındadır. Belə bir itkiyə məruz qalmış insan hər hansı bir işlə məşğul olsa da əzizinin fikrindən ayrıla bilmir. Allahı tanıyıb, Onun camal və cəlal sifətlərindən xəbərdar olanlar üçün Allahdan əzizi, Allahdan yaxını yoxdur. Əgər məhəbbət varsa, daim məhbub haqqında düşünmək təbii bir haldır. “Bəqərə” surəsinin 165-ci ayəsində oxuyuruq: “İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”

Allahdan diləmək, Əhli-beyt (ə) göstərişlərindən istifadə etmək və onara bağlanmaqla qəlbimizi Allahın mərifət və məhəbbət nuru ilə işıqlandıra bilərik. Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz.

Şeyx Ənsaridən bir xatirə

Allahın həqiqətən Onu sevən bəndələri vardır. Onlar bu sevgini heç nə ilə dəyişməzlər. Belələri Allahla ünsiyyət üçün fürsət axtarırlar. Mərhum Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su gətirməyə gedirlər. Şeyx su gələnədək iki rükət  namaz qılmaq qərarına gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin 50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır. Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir; Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət! Əslində risalələri və “Məkasib”i ilə tanış olduğumuz Şeyx Ənsarinin mənəvi aləmindən bir o qədər də xəbərdar deyilik. Belə bir mənəviyyatdan pay almaq üçün Allaha dua edək. Belə olsa ömrümüzün qədrini bilər, Əhli-beyt (ə) yolu ilə Allaha yaxınlaşar və onların şəfaətinə nail olarıq.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد