X
تبلیغات
رایتل

ناماز قیلمایان شخصه شئیطانین جاوابی

یکشنبه 5 خرداد‌ماه سال 1392 ساعت 08:44 ب.ظ

ناماز قیلمایان شخصه شئیطانین جاوابی

 

کئچمیش زامانلاردا بیر نفر عربیستان چؤل‌لرینده تک‌باشینا اوزاق بیر سفره چیخیبمیش. شئیطان اونو یولوندان آزدیرماق اوچون تغییری-لیباس اولوب اینسان قیافه‌سینده اونون قارشی‌سینا چیخیر و دئییر:

- سلام، ائی دوست. گؤرورم، تک‌باشینا هاراسا سفر ائدیرسن. ایسته‌ییرسنسه، سنه یول یولداشی اولارام. منیم‌ده یولوم سن گئتدیگین طرفه‌دیر.

همین شخص چوخ سئوینیر و شئیطانین تکلیفینی قبول ائدیر. بو مینواللا ایکی یولداشی اوزون-اوزادی یوللارینا داوام ائدیرلر. نهایت قاش قارالیر، آخشام دوشور. بیردن شئیطان یولداشینا دئییر:

- من سنینله دوستلوق ائتمک ایسته‌میرم!

آدام بونون سببینی سوروشدوقدا شئیطان دیل‌لنیر:

- سحردن سنی موشاهیده ائدیرم. سنی بیر دفعه ده اولسون ناماز قیلان گؤرمه‌دیم. من اینسان قیافه‌سینه گیرمیش شئیطانام. سنی یولوندان آزدیرماق اوچون بئله ائتدیم. باخدیم کی، سنی آزدیرماغا احتیاج یوخموش. من آللاها یالنیز بیر دفعه سجده ائتمه‌ییب اونا عاصی اولدوم. بو عملیمه گؤره ده الله منی قیامته قدر لعنتله‌دی. سن ایسه گونده بئش دفعه آللاها سجده ائتمه‌یه تنبل‌لیک ائدیرسن. اونا گؤره ده سنینله اولماغیملا بیر داها آللاهین لعنتینه دوچار اولماقدان قورخورام و سنینله دوستلوق ائتمکدن ایمتیناع ائدیرم. سنین وضعیتین منیمکیندن بئترمیش کی!

Namaz qılmayan şəxsə şeytanın cavabı

Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görür
əm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
H
əmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
- M
ən səninlə dostluq etmək istəmirəm!
Adam bunun s
əbəbini soruşduqda Şeytan dillənir:
- S
əhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!

del.icio.us  digg  newsvine  furl  Y!  smarking  segnalo