دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

دین خادیمی din xadimi

دین, حکایه, تکنولوژی و ساییر موضوعلاردا یازیلار

آزادلیق قانون چرچیوه‌سینده تعریف اولار*Azadlıq qanun çərçivəsind


ایمام خمینی(ره) بونا اینانیردیلار کی آزادلیق قانون چرچیوه‌سینده تعریف اولار, و بویوروردولار: دونیانین هر یئرینده بئله‌دیر کی هر میلتین کی آزادلیغی وار او اؤلکه‌نین قانونلاری چرچیوه‌سینده‌دیر. هئچ‌کس آزادلیق آدینا قانونی آیاقلایا بیلمز.

ایمام خمینی(ره) اندیشه آزادلیغینا, سالیم فضا یاراتماق ضرورتی باره‌ده دئییر: نیگرانچیلیغا باعیث اولان فی‌الجمله بودور (کی الآن جماعتین بوتون قیشرلری بیر جور آزادلیق احساس ائلیرلر), بو آزادلیقلا نه ائله‌مک ایستیریک؟ و بونا خاطیر, سیز آزادلیقلا بیزیم یانیمزا گلدیز حال ‌بوکی قاباقجادان گله بیلمزدیز. بیز آزادلیقلا سیزینله دانیشیریق و سیزده بیزیمله دانیشیرسیز. ایندی کی آزادیق, بوتون قئید بندلری قیرمالی‌ییق؟ آزاد اولان لحظه‌دن هر نه ایستیریک ائدک؟ یازاق؟ هر ایش گؤرک؟ آزادلیغین معناسی بودور کی جمهوری ایسلامی‌ده بوتون قئید بندلر گؤتورولسون؟ هر کس هر نه ایستیر ائله‌سین؟ حتّی اومّتین و ایسلامین و قورآنین خیلافینا اولسا. یا یوخ, ایسلامین بیزه وئردیگی آزادلیق اولا؛ ائله آزادلیق کی چرچیوه‌سی وار.

ایمام اینانیردیلار کی آزادلیق قانون چرچیوه‌سینده تعریف اولور و بویوروردولار: دونیانین هر یئرینده بئله‌دیر کی هر میلّتین کی آزادلیغی وار او اؤلکه‌نین قانونلاری چرچیوه‌سینده‌دیر. هئچ‌کس آزادلیق آدینا قانونی آیاقلایا بیلمز. آزادلیق بو دئییل کی مثلاً کوچه‌ده دوراسیز و رد اولانلارا یامان دئیه‌سیز, آللاه ائله‌مه‌میش آغاجینان ووراسیز و دئیه‌سیز من آزادام. بو دئییل کی قلم گؤتوره‌سیز و هر نه گؤیلوز ایستیر یازاسیز حتی ایسلام و قانون ضیدّینه.

ایمام خمینی (ره) آزادلیغی بیر ایلاهی ایمتحان بیلیردیلر و اینانیردیلار کی «ایندی آللاه بو آزادلیغی وئرماقلا بیزی ایمتحان ائلیر. بیر واخت ائلیه بیلمزدیز بیر ایش گؤره‌سیز. ایندی آللاه عینایت ائدیب کی آزادلیغا مانع اولانلار اؤلکه‌دن ایخراج اولوبلار. آللاه سیزی بو یارانمیش آزادلیقلا ایمتحان ائلیر. آللاهین نعمتلری بنده‌لرین امیتحانیدیر. گؤرک کی آللاهین بیزه وئردیگی نعمتی شوکران ائدیریک یوخسا کوفران. کوفران بودور کی آزادلیغیمیزی کیفیر ایشلره وسیله قرار وئرک. شوکران بودور کی آزادلیغی آللاه ایسته‌ین یولدا ایشله‌دک. بیزه وئریلن آزادلیق بیر ایلاهی پایدیر کی خیانت ائله‌سک ایمکانی وار آللاه وئردیگی پایی بیزدن آلا و بیز سابیق حالمیزا قاییداق. هامیمیز بو مسأله‌یه دیقّت ائله‌مه‌لی‌ییک کی یارانمیش آزادلیقدان سوءایستیفاده ائله‌مه‌یک. (جنوب ساحیللری خانیملاری جمعینده 12/4/58)

 

Azadlıq qanun çərçivəsində tərif olar

azadlıq ilahi nemət və imtahandır

imam xümeyni(rə) buna inanırdı ki azadlıq qanun çərçivəsində tərif olar, və deyirdi: dünyanın hər yerində belədir ki hər millətın ki azadlığı var o ölkənin qanunları çərçivəsindədir. Heçkəs azadlıq adına qanunı ayaqlaya bilməz.

imam xümeyni (rə) düşüncə azadlığına, sağlam meydan yaratmaq zərurəti barədə deyir: nigərançılığa səbəb olan xülasəsi budur (ki əlan camaatın bütün təbəqələri bir cür azadlıq ehsas elirlər), bu azadlıqla nə eləmək istirik? Və buna görə, siz azadlıqla bizim yanımza gəldiniz halbukı qabaqcadan gələ bilməzədiniz. Biz azadlıqla sizinlə danışırıq və sizdə bizimlə danışırsınız. İndi ki azadıq, bütün qeyd bəndləri qırmalıyıq? Azad olan ləhəzədən hər nə istəsək edək? Yazaq? Hər iş görək? Azadlığın mənası budur ki islam respoblikasında bütün qeyd bəndlər götürülsün? Hər kəs hər nə istir eləsin? Hətta ümmətin və islamın və Quanın xilafına olsa belə. Ya yox, islamın bizə verdiyi azadlıq ola; elə azadlıq ki çərçivəsi var.

İmam inanırdı ki azadlıq qanun çərçivəsində tərif olur və buyururdular: dunyanın hər yerində belədir ki hər milltəin ki azadlığı var o ölkənin qanunları çərçivəsindədir. Heçkəs azadlıq adına qanunı ayaqlaya bilməz. Azadlıq bu deyil ki məsələn küçədə durasınız və keçənlərə yaman deyəsiniz, allah eləməmiş ağacla vurasınız və deyəsiniz mən azadam. Bu deyil ki qələm götürəsiz və hər nə könlünüz istir yazasız hətta islam və qanun ziddinə.

imam xümeyni (rə) azadlığı bir ilahi imtahan bilirdilər və inanırdılar ki «indi tanrı bu azadlığı verməklə bizi imtahan edir. Bir vaxt edə bilməzdiniz bir iş görəsiniz. İndi tanrı inayət edib ki azadlığa mane olanlar ölkədən ixrac olublar. tanrı sizi bu azadlıqla imtahan edir. tanrının nemətləri bəndələrin imtahanıdır. Görək ki tanrının bizə verdiyi neməti şükran edirik yoxsa küfran. Küfran budur ki azadlığımızı kifir işlərə vəsilə qərar verək. Şükran budur ki azadlığı tanrı istəyən yolda işlədək. Bizə veriln azadlıq bir ilahi paydır ki xiyanət etsək imkanı var tanrı verdiyi payı bizdən ala və biz sabiq halımıza qayıdaq. Hamımız bu məsələyə diqqət etməliyik ki yaranmış azadlıqdan sui istifadə etməyək. (Cənub sahilləri xanımları cəmində 12/4/58)

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد